XƏBƏR, HADİSƏ
13-04-2020, 21:41

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qərbinfo.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolun rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Niva" ilə ağır tonajlı "Shacman" markalı yük avtomobilinin toqquşması nəticəsində "Niva"nın sürücüsü 1967-ci il təvəllüdlü Abbsov Xəqani İslam oğlu və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlu hadisə yerində ölüb.

Qeyd edək ki, ölən E.Vəliyev rayonun Dəllər qəsəbə tam orta məktəbin direktorudur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.






Son Xəbər