XƏBƏR, DÜNYA
13-04-2020, 17:26

Türkiyə səfirliyindən Ermənistana humanitar tibbi yardım iddialarına CAVAB

Türkiyə səfirliyindən Ermənistana humanitar tibbi yardım iddialarına CAVAB

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.

Səfirlikdən Qərbinfo.az-a verilən məlumata əsasən, sözügedən məlumatlar həqiqətə uyğun deyil.

“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bundan başqa hər hansı bir yardımdan söhbət gedə bilməz", - deyə səfirlikdən bildirilib.






Son Xəbər