XƏBƏR, MARAQLI
11-04-2020, 11:57

“The Beatles” qrupunun əlyazması 910 min dollara satılıb

“The Beatles” qrupunun əlyazması 910 min dollara satılıb“The Beatles” qrupunun “Hey Jude” mahnısının əlyazması ABŞ-da hərracda 910 min dollara satılıb.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə hərrac evinin “Twitter” səhifəsində yazılıb.

“Hey Jude” mahnısı sözləri qrup üzvü Pol Makkartni tərəfindən 1968-ci ildə qara flomasterlə yazılıb. Mahnı 1969-cu ildə bir neçə nominasiya üzrə “Qremmi” mükafatına namizəd olub.

Əlyazmanın ilkin qiyməti 160-180 dollar məbləğində qiymətləndirilirdi.






Son Xəbər