XƏBƏR, DÜNYA
11-04-2020, 09:59

Koronavirus qurbanlarının sayı 103 minə yaxınlaşır

Koronavirus qurbanlarının sayı 103 minə yaxınlaşır

Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir.

Qərbinfo.az worldometers-ə istinadən xəbər verir ki, koronavirusdan dünyasını dəyişənlərin sayı 102 min 734 nəfərə çatıb.

Belə ki, ən çox ölüm hadisəsi İtaliya (18 849), ABŞ (18 747), İspaniya (16 081) və Fransada (13 197) qeydə alınıb.

Dünyada indiyədək aşkarlanmış yoluxma hallarının sayı 1 699 676-ya yüksəlib, 376 339 nəfər xəstəlikdən sağalıb. Hazırda 49 min 829 nəfərin vəziyyəti ağırdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.






Son Xəbər