XƏBƏR, MƏDƏNİYYƏT
8-04-2020, 23:31

Azərbaycan poeziyası Venesuela mətbuatında

Azərbaycan poeziyası Venesuela mətbuatında

Venesuelanın nüfuzlu “Papel Literario” qəzeti Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.

Tərcümə Mərkəzindən Qərbinfo.az-a bildirilib ki, Əli Kərim, Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Səmədoğlu, Musa Yaqub kimi tanınmış Azərbaycan şairlərinin ispan dilinə tərcümə edilmiş şeirləri qəzetin “Dünya ədəbiyyatı” səhifəsində işıqlandırılıb. Buraxılışın elektron versiyası sosial şəbəkələr və elektron poçt vasitəsilə Kolumbiya, Peru, Uruqvay kimi ispandilli ölkələrdə geniş yayınlanıb.






Son Xəbər