XƏBƏR, MƏDƏNİYYƏT
8-04-2020, 11:22

Alim Qasımov: “Bizə nə əmr verilibsə, ona da itaət edirik”

Alim Qasımov: “Bizə nə əmr verilibsə, ona da itaət edirik”

“Övladlarım və nəvələrimlə birlikdə Şamaxıdayam. Bir müddət burada qalacağıq”.

Qərbinfo.az xəbər verir ki, bunu Xalq artisti Alim Qasımov deyib.

A.Qasımov xüsusi karantin rejiminə əməl edərək gününü evdə keçirdiyini qeyd edib. Bildirib ki, “Nə əmr verilibsə, ona da itaət edirik. Övladlarım və onların uşaqları da buradadırlar. Düzünü desəm, darıxmıram. Həyət evidir, arada çıxıb gəzirəm. Polislərimiz bu işdə fəal iştirak edirlər, onlara dua edirik. Bizim üçün əziyyət çəkirlər. Boş vaxtlarımızda qızım Fərqanə ilə məşq edirik. Dərs öyrənən dərsini oxuyur, Quran oxuyan da Quranın. Gələcək planlar ancaq dualarımızdır. Allah bu bəlanı üzərimizdən qaldırsın. Hamı yerində sağlam olandan sonra eşqlə, həvəslə hər şey axarına düşəcək. Planımız uca rəbbimizin duasıdır”, - deyə xanəndə qeyd edib.






Son Xəbər