XƏBƏR, DÜNYA
4-04-2020, 20:31

Rusiyada 14 uşaq koronavirusa yoluxdu

Rusiyada 14 uşaq koronavirusa yoluxdu

Rusiyada son 24 saat ərzində 582 nəfər koronavirusa yoluxub.

Qərbinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 4731 nəfərə çatıb.

Yeni yoluxma halları Rusiyanın 32 vilayətində qeydə alınıb. Onlardan 67 nəfərin yaşı 65-dən çoxdur, 14-ü isə uşaqdır. İndiyədək 333 xəstə sağalıb.






Son Xəbər