XƏBƏR, SOSİAL
4-04-2020, 16:50

Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır

Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır

Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib. Onun sözlərinə görə, ürək çatışmazlığından əziyyət çəkən 79 yaşlı qadın dünyasını dəyişib.

Gürcüstan KİV-lərinin yaydığı məlumata əsasən, ölkədə koronavirusdan ölən qadın əslən azərbaycanlıdır. Həmin şəxs Marneuli rayonunun Kəpənəkçi kəndinin sakinidir.






Son Xəbər