XƏBƏR, SOSİAL
3-04-2020, 19:21

“Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib

“Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib“Virtual məktəb” portalında yalnız bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib. Bu sevindirici haldır.

Qərbinfo.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu şagirdlər portalda ev tapşırıqları ilə tanış ola və video dərslərə baxa bilirlər:

"Bundan əlavə şagirdlər müxtəlif məktəblərdən olan həmyaşıdları ilə video bağlantı qura və onlayn müzakirələr apara bilirlər. Qeydiyyatdan keçmiş şagirdlər həm virtual.edu.az, həm də teams.microsoft.com saytları üzərindən öz hesablarına daxil ola bilərlər".

Elnur Məmmədov bildirib ki, həmin şagirdlərin siniflər, tapşırıqlar və digər virtual funksiyalar üzrə sistem tərəfindən ilkin komplektləşdirilməsi aparılır:

"İlkin komplektləşdirmə tamamlandıqdan sonra yeni şagirdlərin qeydiyyatına davam ediləcək. Bir qayda olaraq buna bir neçə saat vaxt tələb olunur. Elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəbə” qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir. “Virtual məktəbə” qoşulmaq istəyən hər bir şagirdin qeydiyyatı komplektləşdirmələr aparılmaqla həyata keçiriləcək".






Son Xəbər