XƏBƏR, SOSİAL
3-04-2020, 17:09

Koronavirusu 15 saniyəyə məhv edən cihaz hazırlanıb

Koronavirusu 15 saniyəyə məhv edən cihaz hazırlanıb

Türkiyənin Maltəpə Universitetinin professoru Afif Sıddıkinin rəhbərlik etdiyi heyət yeni növ koronavirusu məhv edən cihaz hazırlayıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Bildirilir ki, cihaz ultrabənövşəyi şüa ilə ətrafda olan koronavirus infeksiyasını 15 saniyəyə məhv edir. Həmin cihaz ilkin olaraq tibb işçilərinin təhlükəsizliyi məqsədilə istifadə olunacaq.

Bundan başqa, qoruyucu cihaz ətrafdakı ən təhlükəli virusları da öldürür.

Sınağı uğurla başa çatdırılan cihazların "Əl Cihazi", "Dezinfeksiya qapısı" və Dezinfeksiya kabini" adlandırılan 3 prototipi hazırlanıb.
Koronavirusu 15 saniyəyə məhv edən cihaz hazırlanıb
Koronavirusu 15 saniyəyə məhv edən cihaz hazırlanıb






Son Xəbər