XƏBƏR, DÜNYA
3-04-2020, 09:00

Çində aprelin 4-ü matəm elan edilib

Çində aprelin 4-ü matəm elan edilib

Çin Xalq Respublikanın Dövlət Şurası aprelin 4-nün yeni koronavirus pandemiyası nəticəsində ölənlər və insanların həyatını xilas etmək üçün virusun qurbanı olan həkimlər ilə əlaqədar ümummilli matəm günü elan edilməsi barədə qərar qəbul edib.

Qərbinfo.az-ın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Qərara əsasən, aprelin 4-ü ölkədə, o cümlədən xarici ölkələrdəki diplomatik missiyaların ərazisində bayraqlar endirilməlidir. Bütün əyləncə tədbirləri ləğv edilir. Yerli vaxtla saat 10:00-dan (06:00 GMT+4) bütün Çin üçdəqiqəlik sükutla ölənləri yad edəcək.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Çində koronavirusa yoluxanların sayı 81,5 mini, ölənlərin sayı isə 3,3 mini ötüb.






Son Xəbər