XƏBƏR, DÜNYA
2-04-2020, 23:58

Vladimir Putin xalqa növbəti dəfə müraciət edib

Vladimir Putin xalqa növbəti dəfə müraciət edib

Rusiya Prezidenti Vladimir Putin aprelin 2-də xalqa növbəti dəfə müraciətlə çıxış edib.

Qərbinfo.az xəbər verir ki, Rusiya dövlətinin başçısı həm dünyada, həm də Rusiyada koronavirus epidemiyasının pik nöqtəyə çatmadığını vurğulayıb. O, Moskvada koronavirusla bağlı vəziyyətin yaxşılığa doğru dəyişməyin hələlik mümkün olmadığını, lakin yaşlıları qorumağa, uşaq müəssisələrində epidemiyanın yayılmasının qarşısını almağa nail olunduğunu qeyd edib.

Prezident Vladimir Putin ölkədə əməkhaqqı saxlanmaqla qeyri-iş həftəsinin müddətinin aprelin 30-dək uzadılması barədə sərəncam verib. Eyni zamanda, o, vəziyyət yaxşılığa doğru dəyişdiyi təqdirdə bu qərarın dəyişəcəyini istisna etməyib.

Rusiya dövlətinin başçısı vurğulayıb ki, iş yerlərinin və əhalinin gəlirlərinin saxlanması hökumətin prioritet məsələlərindəndir.






Son Xəbər