XƏBƏR, İQTİSADİYYAT
2-04-2020, 20:31

Ötən il 263 uşaq dövlət hesabına ürəyindən əməliyyat olunub

Ötən il 263 uşaq dövlət hesabına ürəyindən əməliyyat olunub

Ötən il dövlət hesabına 915 nəfərə kardiocərrahiyə əməliyyatı icra olunub.

Qərbinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyəti haqqında hesabatında qeyd edilib. Bildirilib ki, onlardan 263-ü uşaqlardır.

Bundan başqa, 2019-cu ildə 2075 xəstəyə angioqrafiya müayinəsi aparılıb və onlardan 680 nəfər üzərində angioplastika əməliyyatı icra olunub.






Son Xəbər