XƏBƏR, SOSİAL
2-04-2020, 15:56

Netanyahu yenidən karantinə alındı

Netanyahu yenidən karantinə alındı

İsrailin Baş Naziri Benyamin Netanyahu ikinci dəfə koronavirusla əlaqədar karantininə alınıb.

Qərbinfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb İsrailin Səhiyyə naziri Yaakov Lismanda və onun həyat yoldaşında xəstəliyin aşkarlanması olub.

Baş Nazir gələn həftənin çərşənbə gününə kimi təcrid olunacaq. Bununla bağlı qərar Baş Nazirin həkimi doktor Berkoviçin tövsiyəsi və Səhiyyə Nazirliyinin göstərişlərinə uyğun olaraq qəbul edilib.

Qeyd edək ki, Netanyahu ilk dəfə martın 30-dan aprelin 1-dək karantində qalıb. Buna səbəb onunla çalışan əməkdaşlardan birində koronavirus aşkarlanması olub. Baş Nazir və ailəsinin birinci karantin zamanı test nəticələri mənfi çıxıb.






Son Xəbər