XƏBƏR, DÜNYA
2-04-2020, 11:56

Amerikalı bəstəkar koronavirusdan öldü

Amerikalı bəstəkar koronavirusdan öldü

Amerikalı bəstəkar, üç dəfə “Emmy” mükafatının sahibi olmuş Adam Şlezinger 52 yaşında koronavirus infeksiyasından ölüb.

Qərbinfo.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, Şlezinger bir həftədən çox Nyu-Yorkda xəstəxanada müalicə alıb. Musiqiçi çərşənbə günü səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, bəstəkar həmçinin “Ən yaxşı yeni artist” nominasiyası üzrə “Grammy”, 1997-ci ildə isə “Nə edirsən” filmindəki kompozisiyasına görə “Oscar” və “Qızıl Qlobus” mükafatçısı olub. Şlezinger "Fountains Of Wayne" və "Ivy" qrupunun yaradıcısı idi.






Son Xəbər