XƏBƏR, DÜNYA
1-04-2020, 23:29

Türkiyədə koronavirusdan ölənlərin sayı 277 nəfərə çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 277 nəfərə çatıb

Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) səbəbindən Türkiyədə də ölənlərin sayı artmaqda davam edir. Aprelin 1-də daha 63 nəfər dünyasını dəyişib. Ölənlərin ümumi sayı 277 nəfərə çatıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə son rəqəmləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlayıb.

Koronovirusla bağlı Türkiyədəki vəziyyəti izah edən nazir bildirib ki, dövlət üzərinə düşən bütün tədbirləri həyata keçirdiyi kimi, hər bir vətəndaş da məsuliyyətini dərk edərək, qaydalara və qadağalara əməl etməlidir. Məlumat verilib ki, bu gün 14 min 396 nəfər müayinədən keçirilib. Onlardan 2 min 148 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə, ölkə üzrə 15 min 679 nəfər infeksiyadan müalicəyə cəlb olunub. Onların 979 xəstənin vəziyyəti ağırdır. İndiyə qədər 333 nəfərin müalicəsi uğurla başa çatıb.






Son Xəbər