XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL, VİDEO
1-04-2020, 16:55

#Məsuliyyəti #dərk #edək, #evdəqalaq – Şəmkir RİH Bakı şəhər İcra Hakimiyyətindən estafeti qəbul edir

#Məsuliyyəti #dərk #edək, #evdəqalaq – Şəmkir RİH Bakı şəhər İcra Hakimiyyətindən estafeti qəbul edir

İlk dəfə olaraq yeni yuyucu məhlullardan istifadə olundu

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə #BakıŞəhəricraHakimiyyəti tərəfindən insanları evdə qalmağa səsləyən sosial videoçarx təqdim edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin ardınca #ŞəmkirRİH də bu gün belə bir sosial layihə həyata keçirib.
Qərbinfo.az bildirir ki,layihənin həyata keçirilməsində əsas məqsəd sağlam qalmaları üçün infeksiyanın qarşısının alınması istiqamətində çalışan kommunal strukturların əməkdaşlarının xidmətləri geniş ictimaiyyətə çatdırmaqdır. Onları gözləyənlər üçün hər bir şəxsin məsuliyyətini dərk edərək evdə qalmaları tövsiyə olunub.

Eyni zamanda görülən işlərin yüksək səviyyədə və daha çevik aparılması üçün RİH tətəfindən Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları bütün lazımi avadanlıqlarla təchiz olunub, 100 nəfərdən ibarət 56 qrup yaradılıb, maşın və avadanlıqlar yüksək iş qabiliyyətinə gətirilib. Bununla da ilk dəfə olaraq yeni yuyucu məhsulla Şəmkir küçələrində genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

Genişmiqyaslı dizenfeksiya işlərinə səfərbər edilmiş heyətlə görüşən Şəmkir RİH başçısı Alimpaşa Məmmədov onları qəhrəman adlandırıb: “Bu gün insanların sağlamlığının qorunması üçün həkimlərimiz qədər sizlər də fədakarlıq göstərir, şəmkirlilərimizin sağlamlığının qorunması üçün qəhrəmanlıq göstərirsiniz. Hər birinizlə qürur duyuruq. #BizBirlikdəGüclüyük ".

Daha sonra #EVDƏ #QAL devizli xüsusi geyimli işçilər Şəmkir şəhərinin mərkəzində yerləşən Heydər Əliyev prospekti ilə yürüş edib, ərazini genişmiqyaslı dezinfeksiya ediblər. Bundan sonra onlar qruplara ayrılaraq şəhərin digər ərazilərində dezinfeksiya etmək üçün bölünüblər.

Qeyd edək ki, bu gündən etibarən rayon ərazisində aparılan dezinfeksiya işləri ilə bağlı izləyicilərimiz mütəmadi olaraq məlumatlandırılacaq.

Şəmkir Rayon İcra Hakimiyyəti olaraq Bakı şəhər İcra Hakimiyyətindən qəbul etdiyimiz estafeti digər rayonlarımıza ötürürük .






Son Xəbər