XƏBƏR, HADİSƏ
30-03-2020, 09:30

Şəmkirdə qardaş qardaşa bıçaqla xəsarət yetirdi

Şəmkirdə qardaş qardaşa bıçaqla xəsarət yetirdi

Şəmkir rayonunun Sabirkən kəndində ağır cinayət hadisəsi baş verib.

Qərbinfo.az-ın məlumatına görə, Şəmkir rayon Sabirkənd kənd sakini Əliyev Elşən Əbülfət oğlu 29.03.2020-ci il tarixində Şəmkir RPŞ-nin Zəyəm PB-nə ərizə ilə müraciət edərək qardaşı Əliyev Rövşən Əbülfət oğlu tərəfindən bıçaqla xəsarət aldığı barədə müraciət etmişdir.

Şəmkir RPŞ tərəfində aparılan ilkin yoxlama zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi, 1989cu il təvəllüdlü Sabirkənd kənd sakini Əliyev Elşən Əbülfət oğlunun 28 mart 2020-ci il tarixində, saat 23 radələrində qardaşı, Əliyev Rövşən Əbülfət oğlu tərəfindən bıçala qarnının sağ tərəfindən xəsarət yetirildiyi müəyyən olunmuşdur.

Faktla bağlı cinayət işi qaldırılıb, hal-hazırda istintaq işi aparılır.






Son Xəbər