XƏBƏR, SOSİAL
27-03-2020, 15:54

Nazirlikdən xəbərdarlıq : Rayonlarda yağış, qar yağacaq

Nazirlikdən xəbərdarlıq : Rayonlarda yağış, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayonlarda havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Qərbinfo.az-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-u cənub rayonlarında, 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.






Son Xəbər