XƏBƏR, SOSİAL
26-03-2020, 15:48

Şəmkirdə koronavirusun olması ilə bağlı yalan xəbəri yayan Gəncə sakini Azərbaycan xalqından üzür istəyib

Şəmkirdə koronavirusun olması ilə bağlı yalan xəbəri yayan Gəncə sakini Azərbaycan xalqından üzür istəyib

Şəmkir rayonunda koronavirusun olması xəbərini yayan Gəncə şəhər sakini, Elmira Məmmədova Azərbaycan xalqından üzür istəyib.

Bildiyiniz kimi, ötən gün, gecə saatlarında “Whatsapp” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə “Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycan Respublikasına gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.

Yayılan səs yazısı Şəmkir sakinlərinin ciddi narahatçılığına səbəb olmuşdur.

Bu hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində həmin şəxsin Gəncə şəhər sakini, 41 yaşlı Elmira Məmmədova olduğu təsbit edilmişdir.

Qərbinfo.az-ın məlumatına görə, saxlanılan şəxs dindirillmə zamanı törətdiyi əməlin bu qədər ajiotaj yaradcağını düşünmədiyini bildirib.

O, ifadəsində qeyd edib: "Düzdür, bilmədən etmişəm. Amma yenə də bu səhvdir. Narahat etdiyim insanlardan üzr istəyirəm. Həqiqətən də bu bilərəkdən olmayıb. Sadacə atamı və ailəmi qorumaq üçün bu addımı atmışam. Tək bir insan ailə üzvümüzə qardaşımın yoldaşına göndərmişəm. Yaratdığım narahatçılığa görə Azərbaycan xalqından üzr istəyirəm."

Qeyd edək ki, Elmira Məmmədovanın barəsində yerli məhkəmə tərəfindən inzibati həbs qətiimkan tədbiri seçilib.

Şəmkirdə koronavirusun olması ilə bağlı yalan xəbəri yayan Gəncə sakini Azərbaycan xalqından üzür istəyib






Son Xəbər