XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL, VİDEO
26-03-2020, 14:41

Şəmkirdə koronavirusun olduğu barəsində yalan xəbər yayan şəxs saxlanıldı - RƏSMİ

Şəmkirdə koronavirusun olduğu barəsində yalan xəbər yayan şəxs saxlanıldı - RƏSMİ

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah Şəmkir rayonunda koronavirusla bağlı yayılan xəbərin həqiqəti əks etdirməməsi barəsində məlumat verib.

Bu barədə Qərbinfo.az xəbər verir.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargah bu məlumatın yalan olduğu və sakinləri təşvişə salmaq məqsədi ilə həyata keçirilən qərəzli hərəkət oması barəsində Şəmkir sakinlərini məlumatlandırıb.

Qeyd edək ki, ötən gün, gecə saatlarında, naməlum şəxs tərəfindən yayılmış, həqiqəti əks etdirməyən səs yazısı Şəmkir sakinlərinin ciddi narahatçılığına səbəb olmuşdu.

Baş vermiş bu hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində həmin şəxsin Gəncə şəhər sakini, 41 yaşlı Elmira Məmmədova olduğu təsbit edilmişdir.

Saxlanılan qadın səs yazısının bu qədər ajiotaj yaradcağını düşünmədiyini və bu üzdən Azərbaycan xalqından üzr istədiyini bildirib.

Elmira Məmmədova saxlanılan şəxs: Düzdür bilmədən etmişəm. Amma yenə də bu səhvdir. Narahat etdiyim insanlardan üzr istəyirəm. Həqiqətən də bu bilərəkdən olmayıb. Sadacə atamı və ailəmi qorumaq üçün bu addımı atmışam. Tək bir insan ailə üzvümüzə qardaşımın yoldaşına göndərmişəm. Yaratdığım narahatçılığa görə Azərbaycan xalqından üzr istəyirəm.

Elmira Məmmədovanın barəsində yerli məhkəmə tərəfindən inzibati həbs qətiimkan tədbiri seçilib.

Şəmkirdə koronavirusun olduğu barəsində yalan xəbər yayan şəxs saxlanıldı - RƏSMİ






Son Xəbər