XƏBƏR, İQTİSADİYYAT
25-03-2020, 18:57

Əhalinin nominal gəlirləri 8,9 faiz artıb

Əhalinin nominal gəlirləri 8,9 faiz artıb

Yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,9 faiz artaraq 8 milyard 301,5 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 834 manatlıq gəlir düşüb.

Dövlət Statistika Komitəsindən Qərbinfo.az-a bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7 milyard 475,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 8,3 faiz çox vəsait qalıb.






Son Xəbər