XƏBƏR, DÜNYA
25-03-2020, 17:28

Səudiyyə Ərəbistanında Ər-Riyad, Məkkə və Mədinəyə giriş-çıxışlar bağlanılıb

Səudiyyə Ərəbistanında Ər-Riyad, Məkkə və Mədinəyə giriş-çıxışlar bağlanılıb

Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz paytaxt Ər-Riyad, habelə Məkkə və Mədinə şəhərlərinə giriş-çıxışların bağlanılması haqqında sərəncam imzalayıb. Koronavirus pandemiyasının qarşısını almaq üçün qəbul edilən bu qərarda, həmçinin ölkənin 13 bölgəsi arasında səfərlər qadağan edilir.

Qərbinfo.az xəbər verir ki, rəsmi SPA agentliyinin məlumatında Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin Ər-Riyad, Məkkə və Mədinə şəhərlərində saat 19:00-dan 06:00-dək xüsusi karantin rejimi tətbiq etdiyi bildirilir.

Rəsmi məlumata görə, Krallıqda koronavirusa yoluxanların sayı 767 nəfərdir.






Son Xəbər