XƏBƏR, SOSİAL
25-03-2020, 16:29

YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib

YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib

Yeni Azərbaycan Partiyasının (YAP) fəalları və könüllüləri koronavirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyanı yüksək fəallıqla davam etdirirlər.

YAP-dan Qərbinfo.az-a bildirilib ki, mart ayının 21-dən start götürmüş aksiya çərçivəsində respublika üzrə mindən artıq partiya fəalı və könüllüsü iştirak edib. Onlar son 5 gün ərzində 2500-dən çox tənha və ahılları ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırır, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladırlar.

Aksiyanın keçirilməsində əsas məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

Qeyd edək ki, "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya mart ayının 29-dək davam edəcək.

Son Xəbər