XƏBƏR, MANŞET-SLAYDER
25-03-2020, 12:59

Şəmkir RİH Başçısı Yanında Operativ Qərargahın məlumatı - RƏSMİ

Şəmkir RİH Başçısı Yanında Operativ Qərargahın məlumatı - RƏSMİ

Qlobal xarakter daşıyan koronovirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların əksəriyyəti dayandırılmış, dövlətlərarası sərhədlər bağlanmış, ölkələr xüsusi karantin və fövqəladə vəziyyət rejiminə keçmişlər.

Nəticə etibarilə, dünya boyunca yüz minlərlə sərnişin müxtəlif ölkələrdə qalmalı olmuşdur.

Bu gün dövlətimiz Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xaricdə yaşayan, çalışan, təhsil alan vətəndaşlarımıza da diqqət və qayğısını əsirgəmir.

Belə ki, Azərbaycan Respublikası tərəfindən öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək müxtəlif ölkələrdə olan 10.000-nə yaxın Azərbaycan vətəndaşının dövlət hesabına xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunur.

Hər zaman qonaqpərvərliyi, həmvətənlərinə sevgi və qayğısı ilə seçilən Şəmkir rayonu da bu gün ölkə xaricində yaşayan, çalışan və təhsil alan soydaşlarımıza qucaq açmaqdadır.

Əziz şəmkirlilər,

Bildiririk ki, dövlətimizin, Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi nəzarəti ilə xaricdən gələn, tibbi müayinədən keçirilimiş bir qrup soydaşımız Şəmkir Excelsior oteldə 14 günlük karantin rejmini keçəcəkdir.

Sevindirici haldır ki, hər bir soydaşımızın sağlamlığı tam qaydasındadır və onlar olduqları ölkələrdə sağlamlıqlarını tam qoruya biliblər.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargah olaraq məsuliyyətli vətəndaşlarımız tərəfindən qlobal xarakter daşıyan bu çətin şəraitdə nümayiş etdirilən təmkin, anlaşıqlıq və dövlətə göstərilən dəstəyə görə qarantin rejmi keçən bütün soydaşlarımıza təşəkkür edirik!

Görüntünün olası içeriği: şunu diyen bir yazı 'Şamkir Rayon İcra Hakimiyyati başçısı yanında Operativ Qarargahın'






Son Xəbər