XƏBƏR, MANŞET-SLAYDER
24-03-2020, 22:05

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah Şəmkir sakilərinə müraciət edib

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah Şəmkir sakilərinə müraciət edibŞəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargah Şəmkir sakilərinə müraciət edib.

Qərbinfo.az-ın məlumatına görə müraciətdə deyilir:

Əziz şəmkirlilər,

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə məqsədyönlü, təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Lakin bu xalqımızın birliyini, möhkəmliyini gözü götürməyən bəzi işbazların ciddi narahatlığına səbəb olmuşdur.

Dəyərli sakinlərimiz,

Bu gün axşam saatlarında hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan bir xanımın Şəmkirdə koronavirusla bağlı vəziyətin çox ağır olması ilə bağlı səsyazısı yayılmışdır.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargah bildirir ki, bu məlumatlar tamamilə səhv və insanlar arasında narahatlıq yaratmaq məqsədi daşıyır.

Sizlərdən tək istəyimiz belə ünsürlərin yalan məlumatlarına inanmamaqdır. Çünki onların məqsədi də xaos yaratmaq və bundan istifadə etməkdir.

Nəzərinizə çatdırırıq ki, rayonumuzda koronavirusla bağlı görülən bütün tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın nəzarəti altında aparılır və hər hansı bir təşvişə ehtiyac yoxdur. Rayon ərazisində həyata keçirilən bütün tədbirlər ciddi nəzarətdədir və görülən bütün işlər planlı şəkildə həyata keçirilir.

Əziz şəmkirlilər,

Koronavirusla bağlı hər hansı bir məlumat əldə etmək üçün yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın, bu işlərin yerdə təşkilatçısı olan İcra Hakimiyyəti yanında Operativ Qərargahın paylaşdığı məlumatları izləyin. Eyni zamanda Sizləri narahat edən hər hansı bir məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinin 24 saat fəaliyyət göstərən Qaynar Xətt nömrəsi (050) 511-21-61, rəsmi facebook və instagram səhifəmizə müraciət edə bilərsiniz.

Bir daha bildiririk ki, ölkəmizdə və rayonumuzda koronavirusla bağlı hər hansı bir təşvişə səbəb olacaq hal yoxdur. Sizin üzərinizə düşən tək iş Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına əməl etməkdir.

Nəzərinizə çatdırırıq ki, həmin səsyazısını paylaşan xanım hal hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır və qısa zamanda qanunamüvafiq cəza tədbirləri görüləcəkdir.






Son Xəbər