XƏBƏR, DÜNYA
21-03-2020, 22:54

İtaliyada koronavirusdan bir gündə 793, Fransada isə 112 nəfər öldü

İtaliyada koronavirusdan bir gündə 793, Fransada isə 112 nəfər öldü

Son sutka ərzində İtaliyada yeni koronavirusdan ölənlərin sayı 793 nəfərə çatıb.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər yayıb.

Epidemiyanın başlanmasından ölkədə 4825 nəfər bu virusun qurbanı olub. Sağalanların sayı 6 min nəfəri ötüb.

"Təəssüf ki, bu gün bizdə 793 ölü var. Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 42 681 nəfər təşkil edir. Ötən günlə müqayisədə virusa yoluxanların sayı 4 871 nəfər artıb", - ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borrelli bildirib.

Fransada COVİD-19 virusundan gün ərzində 112 nəfər dünyasını dəyişib. Ümumilikdə ölkədə ölənlərin sayı 562 nəfər təşkil edir.






Son Xəbər