XƏBƏR, DÜNYA
21-03-2020, 14:52

Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin yardım missiyasının iki əməkdaşı öldürülüb

Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin yardım missiyasının iki əməkdaşı öldürülüb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qırmızı Aypara Cəmiyyətinin Yəmənin paytaxtı Ədəndə fəaliyyət göstərən iki əməkdaşı qətlə yetirilib.

Qərbinfo.az xəbər verir ki, onlar terrorçular tərəfindən iki gün əvvəl qaçırılmışdı.

Bu qətlləri pisləyən bəyanatla çıxış edən BƏƏ Qırmızı Aypara Cəmiyyəti qeyd edib ki, həlak olan əməkdaşlar silahlı münaqişədən əziyyət çəkən və humanitar fəlakət həddinə gəlib çıxmış insanlara yardımlar təşkil edirdilər.
BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin bəyanatında isə bildirilir ki, törədilən cinayət insani və dini dəyərlərə tamamilə zidd olmaqla yanaşı, terrorun regionda sabitliyə ciddi təhlükə olduğunu bir daha göstərdi. Qeyd olunub ki, BƏƏ bundan sonra da Qırmızı Aypara Cəmiyyəti vasitəsilə humanitar fəlakət zonalarına yardımların göndərilməsi prosesini davam etdirəcək.






Son Xəbər