XƏBƏR, SİYASƏT
21-03-2020, 12:28

Komitə üzvləri əməkhaqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək

Komitə üzvləri əməkhaqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri əməkhaqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.

Qərbinfo.az xəbər verir ki, bu barədə komitənin üzvü Elnur Allahverdiyev deyib.

O bildirib ki, vətəndaş cəmiyyətinin ən mühüm özəlliyi hər birimizin təhlükə qarşısında birləşib vahid cəbhədən çıxış edə bilməyimizdir: "Vətəndaş-cəmiyyət-dövlət birliyi milli təhlükəsizliyin təmin olunması prosesinin ən vacib tələbidir. Hər birimiz vətəndaş olaraq ümummilli problem qarşısında tarixi məsuliyyətimizi dərk etməli, xalqımız naminə dövlətimizin yanında olmalı və dəstəyimizi əsirgəməməliyik.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri olaraq biz də COVİD-19 epidemiyası ilə mübarizə çərçivəsində əməkhaqlarımızın bir hissəsinin cənab Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmək qərarına gəlmişik.

Güc birlikdədir! Ümummili problemlərlə mübarizədə bir olmalıyıq! Bunu bacaracağıq!".






Son Xəbər