XƏBƏR, DÜNYA
19-03-2020, 23:52

Türkiyədə karantinə alınanların sayı 10 minə çatır - RƏSMİ

Türkiyədə karantinə alınanların sayı 10 minə çatır - RƏSMİ

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu yerli jurnalistlərin koronavirus karantini ilə bağlı suallarını cavablayıb.

Qərbinfo.az “Haber Global”ın məlumatına istinadla xəbər verir ki, Soylu hazırda 9800 nəfərin karantində olduğunu təsdiqləyib.

O bildirib ki, karantinə alınanların əksəriyyəti xarici ölkələrdən Türkiyəyə gələnlərdir. Həmin şəxslər 14 günlük karantinə alınır. 14 gün ərzində onlarda heç bir xəstəlik aşkar edilməsə, evlərinə buraxılırlar.






Son Xəbər