XƏBƏR, DÜNYA
19-03-2020, 23:24

Koronavirusla bağlı həqiqətə uyğun olmayan paylaşımlar etməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Koronavirusla bağlı həqiqətə uyğun olmayan paylaşımlar etməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Martın 11-dən indiyədək Türkiyədə sosial şəbəkələrdə yeni koronavirusla (COVID-19) bağlı həqiqətə uyğun olmayan təxribat xarakterli paylaşımlar etməkdə şübhəli bilinən 242 nəfərdən 64-ü saxlanılıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Digər şübhəlilərin saxlanılması istiqamətində işlər davam etdirilir.






Son Xəbər