XƏBƏR, SOSİAL
19-03-2020, 21:25

Azərbaycandan Rusiya ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır

Azərbaycandan Rusiya ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

“Azərbaycan Dəmir Yolları” QSC Qərbinfo.az-a verilən məlumata əsasən, bununla əlaqədar martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır.

Nəzərinizə çatdırırq ki, Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-si saat 3:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır.






Son Xəbər