XƏBƏR, İQTİSADİYYAT
19-03-2020, 20:29

Azərbaycanda yeni gübrələrin istehsalına icazə verildi

Azərbaycanda yeni gübrələrin istehsalına icazə verildi

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaradılan “Azofos” və “Azofos K” gübrələrinin istehsalı üçün İqtisadiyyat Nazirliyi tərəfindən xüsusi lisenziya verilib.

Akademiyadan Qərbinfo.az-a verilən məlumata görə, sözügedən gübrələrin AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti “İNKOR” MMC ilə birgə istehsal texnologiyası hazırlanıb.

“İNKOR” MMC Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən gübrə təchizatçısı kimi qeydə alınıb və “Azofos” və “Azofos K” gübrələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində mineral gübrə siyahısına əlavə olunub.

“Azofos” və “Azofos K” gübrələri müstəqil Azərbaycanda istehsalı təşkil olunan ilk iki (N, P) və üç (N, P, K) qida elementli gübrələrdir.

“Azofos K” gübrəsi 2019-cu ildə “Az-Granata” MMC-nin 28 hektar üzüm bağında və 290 hektar nar bağında istifadə edilib. Nəticədə 253 ton əlavə üzüm və 1450 tondan artıq nar götürülüb.

Bundan əlavə, “Azofos K” gübrəsi pambıq, buğda, arpa, qarğıdalı, yonca bitkilərinin becərilməsində də uğurla sınaqdan keçib. Gübrələrin geniş sahə sınaqlarından keçirilməsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq institutları da yaxından iştirak ediblər.






Son Xəbər