XƏBƏR, İQTİSADİYYAT
19-03-2020, 10:52

Şəmkirdə iqtisadi potensialdan daha səmərəli istifadə olunur

Şəmkirdə iqtisadi potensialdan daha səmərəli istifadə olunur

Bölgələrin iqtisadi potensialından daha səmərəli istifadə etməklə, yeni-yeni istehsal müəssisələri yaratmaq və əhalini daimi işlə təmin etmək üçün hazırda bir çox rayonlarda olduğu kimi Şəmkirdə də yeni rəqabətqabiliyyətli istehsal və emal müəssisələri, xidmət sahələri yaradılır.

Qərbinfo.az xəbər verir ki, Şəmkir rayonunun Mehrili kəndinin ərazisində, Şəmkir çayının sahilində “Azforel” MMC Balıq Yetişdirmə və Emalı Müəssisəsinin tikintisi davam etdirilir.

Ümumi sahəsi 4,94 hektar olan müəssisədə 250 nəfərin işlə təmin olunması nəzərdə tutulur. İnvestisiya dəyəri 43 milyon manat olan müəssisənin tikintisinə bu vaxtadək 13 milyon manat investisiya qoyulub.

Tural Əliyev






Son Xəbər