XƏBƏR, SİYASƏT
18-03-2020, 21:44

Müdafiə Nazirliyi vətəndaş qəbulunu müvəqqəti olaraq elektron qaydada həyata keçirəcək

Müdafiə Nazirliyi vətəndaş qəbulunu müvəqqəti olaraq elektron qaydada həyata keçirəcək

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargahın apardığı mübarizə tədbirləri ilə əlaqədar Müdafiə Nazirliyi tərəfindən vətəndaşların qəbulu və qeydiyyatı müvəqqəti olaraq yalnız elektron qaydada və telefon vasitəsilə həyata keçirilməyə başlayıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, müraciətlərin fasiləsiz qəbulu və baxılmasının operativliyinin təmin edilməsi məqsədilə vətəndaşların Müdafiə Nazirliyinin pressmd@mod.gov.az, dti@mod.gov.az]dti@mod.gov.az]dti@mod.gov.az elektron poçt ünvanlarına və ya (012) 912 qaynar xətt nömrəsinə müraciət etmələri xahiş olunur.






Son Xəbər