XƏBƏR, SOSİAL
18-03-2020, 20:20

Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyəsinə başlanılır

Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyəsinə başlanılır

Azərbaycan Respublikası vətəndaşlarının Macarıstandan təxliyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün, 18 mart tarixdə saat 20:00-da Budapeşt hava limanında həyata keçirilməsi planlaşdırılır.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

Qeyd edilir ki, bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixdən 31 mart tarixədək WizzAir şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyəsi təmin ediləcək. Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin budapest@mission.mfa.gov.az ünvanına göndərmələri və saat 16:00-da Budapeşt hava limanında olmaları zəruridir.






Son Xəbər