XƏBƏR, HADİSƏ
18-03-2020, 16:31

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - HADİSƏ

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - HADİSƏ

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a bildiriblər ki, Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində Sabirkənd kənd sakini Seyrac Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.






Son Xəbər