XƏBƏR, DÜNYA
18-03-2020, 16:51

Hindistan ordusunda ilk koronavirus faktı aşkar edildi

Hindistan ordusunda ilk koronavirus faktı aşkar edildi

Hindistanın ordu sıralarında koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Qərbinfo.az-ın məlumatına görə, ölkənin şimalındakı Leh şəhərində 34 yaşlı hərbçi virusa yoluxub.

Qeyd olunur ki, virus hərbçiyə məzuniyyət vaxtı, İrandan gəlmiş atasından yoluxub.

Həmin hərbçi və onun ailə üzvləri karantinə alınıb.

Bu günədək Hindistanda 148 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib.






Son Xəbər