XƏBƏR, İQTİSADİYYAT
18-03-2020, 15:58

Şəmkirdə ötən il 149 ədəd və ya 763 kvadratmetr xalça istehsal olunub - RƏSMİ STATİSTİKA

Şəmkirdə ötən il 149 ədəd və ya 763 kvadratmetr xalça istehsal olunub - RƏSMİ STATİSTİKA

Prezident İlham Əliyevin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması xalçaçılıq sənətinin yaşadılmasını, ölkəmizdə ənənəvi xalq üsulu ilə kütləvi xalça istehsalını, onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edib.

Xalçaçılığın vətəni olan Azərbaycanda bu sahəyə göstərilən qayğı öz bəhrəsini verir. Xalçaçılıq xalqımızın milli dəyəri kimi bu gün ölkəmizdə ciddi diqqət yetirilən sahələrdən birinə çevrilib.

Qərbinfo.az xəbər verir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialında ötən il ərzində 149 ədəd və ya 763 kvadratmetr xalça istehsal olunub.

Hazırda müəssisədə 98 nəfər toxucu və 11 nəfər inzibati-təsərrüfat işçisi çalışır. Bununla belə, müəssisədə xalça toxuculuğunu bacaran qadınlar üçün vakansiya mövcuddur.






Son Xəbər