XƏBƏR, İQTİSADİYYAT
18-03-2020, 12:56

Torpaq Məcəlləsinə dəyişiklik edilir

Torpaq Məcəlləsinə dəyişiklik edilir

Azərbaycanda geoloji parkların torpaqları xüsusi tarixi dəyərə malik olan torpaq sahələri hesab olunacaq.

Qərbinfo.az xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik təklif edilir.

Məcəllənin 26-cı maddəsinə (Təbii qoruq təyinatlı torpaqlar) yeni 7-ci bənd əlavə olunur.
Yeni bəndə əsasən, geoloji parkların torpaqları xüsusi geoloji, coğrafi, tarixi, estetik dəyərə malik olan torpaq sahələri hesab ediləcək.

Dəyişiklik layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılacaq.






Son Xəbər