XƏBƏR, DÜNYA
17-03-2020, 19:59

AVRO-2020 təxirə salındı

AVRO-2020 təxirə salındı

Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan AVRO-2020 təxirə salınıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə "beIN Sports"un italiyalı müxbiri Tancredi Palmeri və "New York Times" nəşrinin jurnalisti Tariq Panca məlumat yayıb.

Bildirilib ki, turnir gələn ilin yayında təşkil olunacaq. Qeyd olunur ki, qərar UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilə görüşündə verilib. Qəbul olunan qərar UEFA-nın İcraiyyə Komitəsinin bu gün 18:00-da keçiriləcək videokonfransında müzakirədən sonra elan olunacaq.






Son Xəbər