XƏBƏR, DÜNYA
17-03-2020, 12:22

BMT Təhlükəsizlik Şurası bütün iclaslarını təxirə saldı

BMT Təhlükəsizlik Şurası bütün iclaslarını təxirə saldı

BMT Təhlükəsizlik Şurası koronavirusun yayılması ilə əlaqədar bu həftə iclas keçirməyəcək.

Qərbinfo.az xəbər verir ki bu barədə “İnterfax”a təşkilatdan bildiriblər.

BMT-nin mənzil-qərargahı ən yüksək dərəcədə koronavirus infeksiyasının qeydə alındığı Nyu-Yorkda yerləşir. Martın 16-na olan məlumata görə, Nyu-Yorkda 950 yoluxma qeydə alınıb, 7 nəfər ölüb.

Daha əvvəl BMT-nin Baş katibi Antonio Qutteriş bəyan edib ki, martın 16-dan aprelin 12-dək BMT katibliyinin işçiləri təcili ehtiyac olmadıqca kənardan çalışacaqlar.

Keçən həftə Filippinin BMT-dəki Daimi nümayəndəliyinin işçilərindən birində koronavirusa yoluxma aşkarlanıb. Bundan sonra diplomatik nümayəndəlik bağlanıb və işçiləri karantinə alınıb.






Son Xəbər