XƏBƏR, DÜNYA
17-03-2020, 10:21

Gürcüstanda min nəfərdən çox insan koronavirusa görə karantin nəzarətindədir

Gürcüstanda min nəfərdən çox insan koronavirusa görə karantin nəzarətindədir

Gürcüstanda koronavirus infeksiyası ilə bağlı karantin nəzarətində saxlanılanların sayı 1000 (min) nəfəri keçib.

Qərbinfo.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi stpcov.ge rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilir ki, hazırda Gürcüstanda 1008 nəfər karantin nəzarətindədir. Onlardan 371-i bu gün nəzarətə götülüb.

Qeyd olunub ki, stasionar nəzarətdə saxlanılan şəxslərin sayı 64 nəfər təşkil edir. Ümumiyyətlə isə bir nəfər Acarıstan Muxtar Respublikasından olmaqla ölkədə 3 nəfər koronavirusa yoluxma faktı qeydə alınıb.

Qeyd edək ki, bu gün Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Toplantıda koronavirusla bağlı ölkədəki son durum və qəbul olunacaq məsələlər müzakirə edilib. Bildirilib ki, bu gün ölkədə fövqəladə vəziyyətin elan olunmasına ehtiyac yoxdur və Gürcüstan hökuməti bu barədə qərarı koronavirusla bağlı vəziyyətin inkişafından asılı olaraq qəbul edəcək.






Son Xəbər