XƏBƏR, İQTİSADİYYAT
17-03-2020, 09:00

Azərbaycan öz məhsullarını daha çox BU ÖLKƏLƏRƏ ixrac edib

Azərbaycan öz məhsullarını daha çox BU ÖLKƏLƏRƏ ixrac edib

2020-ci ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 2,5 faiz artıb, real ifadədə isə 5,8 faiz azalaraq 140,8 milyon dollar təşkil edib.

Dövlət Statistika Komitəsindən Qərbinfo.az-a verilən məlumata görə, ixracın 53,6 faizini İtaliyaya, 8,5 faizini İsrailə, 5,8 faizini Türkiyəyə, 4,4 faizini Tunisə, 4,0 faizini Ukraynaya, 3,1 faizini Çexiyaya, 2,8 faizini Portuqaliyaya, 2,4 faizini Almaniyaya, 2,3 faizini Rusiyaya, hər biri 2,2 faiz olmaqla Avstriya və İspaniyaya, hər biri 1,9 faiz olmaqla Fransa və Xorvatiyaya, 1,8 faizini Yunanıstana, 3,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,3 faiz), Türkiyəyə (23,5 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6,0 faiz), Çinə (4,2 faiz), İtaliyaya (2,9 faiz), Ukraynaya (2,2 faiz), Braziliyaya (2,2 faiz), Almaniyaya (1,6 faiz), Qazaxıstana (1,3 faiz), Yunanıstana (1,2 faiz), İrana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 faizi Rusiya, 15,8 faizi Çin, 14,1 faizi Türkiyə, 6,1 faizi Almaniya, 4,1 faizi ABŞ, hər biri 3,9 faiz olmaqla Türkmənistan və İtaliya, 3,5 faizi Ukrayna, 3,3 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 1,9 faizi Fransa, hər biri 1,8 faiz olmaqla Koreya və Yaponiya, 1,3 faizi Meksika, 19,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2020-ci ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə mühüm məhsul növlərindən bitki yağlarının ixracı 9,3 dəfə, meyvə və tərəvəz konservləri – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 1,7 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 3,9 dəfə, kartof – 17,3 faiz, polietilen – 1,6 dəfə, emal olunmamış alüminium – 5,1 faiz, pambıq ipliyi – 3,7 dəfə, qara metallardan borular – 25,3 faiz, bentonit gili – 18,4 faiz artmış, təzə meyvə ixracı isə 22,7 faiz, təzə tərəvəz – 17,0 faiz, şəkər – 44,5 faiz, tütün – 67,1 faiz, çay – 56,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 87,3 faiz, pambıq lifi – 11,7 faiz azalıb.






Son Xəbər