XƏBƏR, HƏRBİ
14-03-2020, 21:53

Ermənilər Qazaxda evləri və avtomobilləri atəşə tutub

Ermənilər Qazaxda evləri və avtomobilləri atəşə tutub

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təx­ribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən (DSX) Qərbinfo.az-a verilən məlumata görə, martın 14-də saat 13:30-dan 14:00-dək Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və avtomobil yolu ilə hə­rə­kət edən mülki nəqliyyat vasitə­ləri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.






Son Xəbər