XƏBƏR, DÜNYA
14-03-2020, 21:26

İsveçrədə koronavirusa yoluxanların sayı 1000 nəfəri ötüb, 13 nəfər bu virusla əlaqədar dünyasını dəyişib

İsveçrədə koronavirusa yoluxanların sayı 1000 nəfəri ötüb, 13 nəfər bu virusla əlaqədar dünyasını dəyişib

COVID-19 koronavirusuna yoluxanların sayı Avropada sürətlə artmaqdadır. Bu regionda koronavirusun əsas ocağı hesab edilən İtaliya ilə həmsərhəd İsveçrədə də vəziyyət kəskin xarakter alır.

Qərbinfo.az xəbər verir ki, İsveçrədə koronavirusa yoluxanların sayı artıq 1189 nəfərə çatıb, bu virusla əlaqədar 13 nəfər dünyasını dəyişib. Ölkədə ən ağır vəziyyət İtaliya ilə həmsərhəd Tessin kantonunda (250 yoluxma halı) qeydə alınıb və burada martın 29-dək bu kantonda fövqəladə vəziyyət elan edilib.

Virusla mübarizənin gücləndirilməsi məqsədilə martın 16-dan İsveçrə ordusu rəsmi qurumları dəstəkləyəcək. Ölkə parlamenti isə kütləvi tədbirlərin qadağasına dair müddəti aprelin sonunadək uzadıb.






Son Xəbər