XƏBƏR, DÜNYA
13-03-2020, 23:51

Dünya Kubokunun final mərhələləri ləğv olundu

Dünya Kubokunun final mərhələləri ləğv olundu

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının final mərhələləri ləğv olundu.

Qərbinfo.az-ın məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.






Son Xəbər