XƏBƏR, SİYASƏT
13-03-2020, 18:24

Azərbaycanın 5 milyonluq yardımı ÜST-ə təqdim edilib

Azərbaycanın 5 milyonluq yardımı ÜST-ə təqdim edilib

Azərbaycanın koronavirusla mübarizə məqsədilə ayırdığı 5 milyon ABŞ dolları məbləğində yardım Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim edilib.

Qərbinfo.az xəbər verir ki, bununla bağlı ÜST-in Baş direktoru Tedros Adhanom Ghebreyesus “Twitter” səhifəsində məlumat paylaşıb.

Baş direktor yardıma görə Azərbaycana təşəkkür edib: "Belə qlobal həmrəylik səhiyyə işçilərinin öz həyati vəzifələrini yerinə yetirmələri, müalicəyə ehtiyacı olan insanlara kömək etmələri üçün səhiyyə xidmətlərinin gücləndirilməsi baxımından olduqca vacibdir".

Qeyd edək ki, Azərbaycan Respublikası və Dünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə DST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.






Son Xəbər