XƏBƏR, SİYASƏT
13-03-2020, 16:53

Milli Məclisin yaz sessiyasının işlər planı təsdiqləndi

Milli Məclisin yaz sessiyasının işlər planı təsdiqləndi

Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planı müzakirə edilib.

Qərbinfo.az-ın məlumatına görə, sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.

Bunlar “Daxili Qoşunlar haqqında”, “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və s. qanun layihələridir.

Bundan başqa, Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planı səsverməyə çıxarılaraq təsdiqlənib.






Son Xəbər