XƏBƏR, DÜNYA
13-03-2020, 11:26

Daha bir nazirdə koronavirus aşkarlandı

Daha bir nazirdə koronavirus aşkarlandı

İspaniyanın ərazi siyasəti naziri Karolina Dariasda koronavirus aşkarlanıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Daha əvvəl COVID-19 virusu ölkənin bərabər imkanlar naziri İren Monteroda aşkar edilib. O və əri, Baş Nazirin müavini Pablo İqlesias karantinə alınıb. İqlesiasın özündə virus müəyyən edilməyib.

Ötən gün isə İspaniya hökumətinin bütün üzvləri koronavirus testindən keçiblər.

“Ərazi siyasəti naziri Karolina Dariasın analizləri müsbət nəticə göstərib, hazırda o, evdədir, vəziyyəti yaxşıdır”, hökumətin mətbuat xidmətindən bildirilib.






Son Xəbər